• $
  • £

Ukraynada 1.6 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir

Ukraynada 1.6 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir
11.04.2022 23:12
Ukraynada 1,6 milyona yaxın uşaq müharibə səbəbindən qida çatışmazlığından əziyyət çəkir. Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında UNICEF-in fövqəladə hallar proqramları üzrə direktoru Manuel Fonteyn bildirib.

"Ukraynada uşaqlar, ailələr, icmalar hücuma məruz qalır. 3,2 milyon uşağın təxminən yarısı qida çatışmazlığından əziyyət çəkir. Su və enerji sistemlərinə edilən hücumlar Ukraynada 1,4 milyon insanı sudan məhrum edib, daha 4,6 milyon insanın isə yalnız məhdud çıxışı var", Fontaine deyib.

Fonteyn onu da əlavə edib ki, Ukraynada vəziyyət Mariupol və Xersonda daha pisdir.
 
"Uşaqlar və onların ailələri həftələrlə su və kanalizasiya olmadan, müntəzəm ərzaq təchizatı və tibbi yardım olmadan yaşayır. Onlar evlərində və yerin altında gizlənir, bombalanmasını gözləyirlər" BMT nümayəndəsi bildirib.

O, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin cəmi altı həftəsində bütün ukraynalı uşaqların demək olar ki, üçdə ikisinin evlərini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.
 
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirtməsindən başlayandan Hş başlayandan indiyədək Ukraynanı tərk edən insanların sayı 4,5 milyon nəfərə çatıb.Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) yayıb. Bildirilib ki, ölkə sərhədlərini son 24 saat ərzində daha 42 min insan tərk edib və qaçqınların sayı 4 milyon 503 min 954 nəfərə çatıb.

Beynəlxalq Miqrasiya Təşkilatının ehtimalına görə isə, qaçqınların ümumi sayı 7,1 (ölkədaxili qaçqınlar da əlavə edilməklə) milyon nəfərdir və bu vəziyyət İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qaçqın axınıdır. Ölkəni tərk edənlərin 90 faizini qadın, uşaq və qocalar təşkil edir. Belə ki, 4,5 milyon qaçqının təxminən 60 faizi Polşaya pənah aparıb. Lakin onların bir qismi Polşaya keçdikdən sonra Avropanın digər ölkələrinə üz tuturlar. İndiyədək Polşada 700 min ukraynalıya milli identifikasiya nömrəsi (PESEL) verilib.(CNN)
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol