ABŞ-dan Rusiyadan silah almamaq ÇAĞIRIŞI
Amerika Birləşmiş Ştatları bütün ölkələri Rusiyadan silah almamağa çağırıb, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.
"Biz Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonunda bütün ölkələri Rusiyadan silah almamağa çağırırıq”, - Blinken bildirib.
O, eyni zamanda Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərarın hələ verilmədiyi bildirilib.
Blinken vurğulayıb ki, Hindistan və Rusiya arasında hərbi texnika ilə bağlı əlaqələrin uzun tarixi var.
"Bu münasibətlər uzun illər əvvəl, biz Hindistanla tərəfdaş olmadığımız vaxtda baş verib. ABŞ-ın Hindistanın silah tədarükü baxımından əsas tərəfdaşı olmaq üçün danışıqlar aparıb", o əlavə edib.
Dövlət katibi qeyd edib ki, Hindistan ukraynalılara əhəmiyyətli humanitar yardım, xüsusən ehtiyac duyulan dərmanlar verir.(dha)
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox