• $
  • £

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
12.04.2022 09:16
Yaponiyanın Xarici İşlər Nazirliyi Ukrayna ətrafındakə vəziyyətlə əlaqədar 398 Rusiya vətəndaşı və 28 Rusiya təşkilatına qarşı sanksiyalar tətbiq edib.
 
Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına və Yaponiyanın beynəlxalq sülhü təmin etmək üçün beynəlxalq səylərə töhfə verməsilə əlaqədar 398 Rusiya vətəndaşının və 28 təşkilatın aktivləri dondurulur.
 
Sanksiyaların tətbiq edildiyi şəxslər arasında Rusiya Dövlət Dumasının 385 deputatı və Yaponiya XİN-in "Rusiya prezidentinin qızları" adlandırdığı Katerina Tixonova və Mariya Vorontsova da yer alıblar. Sanksiyalar həmçinin Rusiya XİN rəhbərlərinin "həyat yoldaşı və qızı" Mariya Lavrova və Yekaterina Vinokurovaya qarşı da tətbiq edilib.
 
Sanksiyalar siyahısında həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenov, onun müavini vitse-admiral Vladimir Kasatonov, Qara dəniz donanmasının komandanı admiral İqor Osipov, onun birinci müavini Sergey Pinçuk, Quru qoşunları komandanı Oleq Salyukov, Hərbi Kosmik Qüvvələrin komandanı Sergey Surovikin, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov, Cənub Hərbi Dairəsinin komandanı Aleksey Avdeyev, onun müavini Rustam Muradov və Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun komandanı Andrey Sıçevoy da yer alıblar.
 
Bundan əlavə, Yaponiya Rusiyanın 26 müəssisəsi və 2 bankına qarşı da sanksiyalar tətbiq edib. "Alfa-bank" və "Sberbank"ın aktivləri dondurulacaq, sözügedən banklarla tranzaksiyalar mayın 12-dən qadağan ediləcək.
 
Rusiya Federasiyasına xarici investisiyalara qadağa da tətbiq edilir. Mayın 12-dən investisiyalar yalnız xüsusi icazələrlə həyata keçiriləcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol