Almaniya Ukraynaya ağır silahlar göndərəcək
Almaniyada hakim partiya daxilində Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılıq əldə olunub. bu barədə hakim partiyadan olan deputat Markus Faber tviter səhifəsində yazıb.
Vurğulanıb ki, Ukraynaya tez bir zamanda ağır silahlar göndəriləcək.
Daha əvvəl Almaniyanın Ukraynaya 50-dək tank və 60-a yaxın piyada döyüş maşını göndərməyə hazır olduğu bildirilmişdi. Xarici işlər naziri Annalena Berbok isə söyləmişdi ki, Kiyev ən qısa vaxtda ağır silahlarla təmin olunmalıdır.
Aprelin 11-də Ukrayna prezideni Volodimir Zelenski Almaniya kansleri Olaf Şolzla söhbətindən danışıb. Ukrayna lideri Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini qeyd edib.
"Bu gün mən Almaniya kansleri Olaf Şolz ilə müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək barədə danışdım. Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülh axtarmağa məcbur etmək barədə danışdım.Qeyd etməkdən məmnunam ki, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir. Məncə, bu, tamamilə məntiqlidir. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən ona minnətdaram. Amma mən bunu gözləyirəm. Razılaşdığımız hər şey həyata keçiriləcək. Bu, çox vacibdir", - deyə prezident bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox