Mariupolda döyüşən britaniyalı “təslim olmağa məcbur olub”
Ukrayna ordusunda döyüşən britaniyalı Aiden Aslin Rusiya qüvvələrinə təslim
olmaq məcburiyyətində qalıb. Bunu o, valideynlərinə bildirib.
Nottingemşir ştatının Nyuark şəhərindən olan Aiden Aslin 2018-ci ildə Ukraynaya köçüb və bu ölkə ordusunda dəniz piyadası kimi xidmətə başlayıb. Müharibə başlayandan sonra o, Ukrayna silahlı qüvvələri tərkibində Rusiyaya qarşı döyüşlərdə iştirak edib.
Onun bölməsi son vaxtlar mühasirədə
olan və Rusiyanın şiddətli bombardmanlarına məruz qalan Mariupol şəhərini
müdafiə edir.
Anası Anq Vud oğlunun başqa
seçimi olmadığını söyləyib.
Vud əvvəllər
Suriyada qondarma İslam Dövlətinə qarşı döyüşmüş oğlunun "yaxşı göründüyünü" və Böyük
Britaniya hökumətini Ukraynaya daha çox dəstək verməyə çağırdığını söylədi.
"Boris Conson Putinin qarşısını almalıdır”, - qadın əlavə edib.
Cənab
Aslinin dostu Brenan Filips onunla telefonla danışıb və deyir ki, Aslin
güclüdür və əhval-ruhiyyəsi yaxşıdır.
Səkinəxanım Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox