Şərqi Azərbaycanda Ramazan qaydalarına riayət etməyən yerlər möhürlənib
Şərqi Azərbaycan vilayətində Ramazan ayının qaydalarına riayət etməyən bir çox iş yeri möhürlənib, bu barədə İran mətbuatı məlumat yayıb.
Bəzi iş yerlərinə isə xəbərdarlıq məktubu göndərilib.
Rəsmi IRIB News agentliyi bu iş yerlərinin Ramazan ayında iş yerlərinə nəzarət və monitorinq layihəsinin tətbiqi çərçivəsində qapadıldığını yazıb.
Marağa polis komandiri polkovnik Tovhid Farsi şəhərdə 8 iş yerinin möhürləndiyini bildirib.
"Bu məkanlar mübarək Ramazan ayında icazəsiz fəaliyyət və qaydalara riayət etməmək səbəbilə möhürlənib,” polkovnik Farsi deyib. O, həmçinin Marağa şəhərində 18 iş yerinə xəbərdalıq məktubu göndərildiyini açıqlayıb.
Polisin ümumi məkanlara nəzarət bölməsinin məmurları Ramazan ayında restoranlar, yeməkxanalar, yolkənarı komplekslər, çayxanalar və kafeləri təftiş edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox