Müharibə zamanı Ukraynada ərzaq qiymətləri necə dəyişib?
Ukraynada müharibə başlayandan bəri bir sıra ərzaq məhsullarının qiyməti dəyişib. Bu barədə Ukrayna Aqrar Biznes Klubu (UCAB) məlumat verib.
Belə ki, tərəvəzlərin qiyməti bahalaşıb, donuz piyinin qiyməti ucuzlaşıb. Kökün orta qiyməti 22%, soğanın qiyməti 13% , kələmin qiyməti 11% artıb. Bəzi süd məhsullarının qiymətində də artım var.
"Qiymətlərin bu qədər bahalaşmasının əsas səbəbi təkcə Ukraynadakı müharibə deyil, həm də bu mövsüm üçün xarakterikdir. Yazda və payızda yığılan məhsulların ehtiyatı tükənməyə başlayır və qiymətlər tədricən qalxır. Bu, yeni məhsul gələnə qədər baş verə bilər”, - məlumatda deyilir.
Bununla belə salonun qiyməti bir qədər , yəni 3% ucuzlaşıb və bir kiloqram üçün 159 qriven təşkil edib.
" Salo ukraynalıların ən çox sevdiyi ərzaq olsa da son ucuzlaşmaya qədər onun qiymətinin kəskin bahalaşması bu məhsulun satışına mənfi təsir edib. Nəticədə onun qiyməti bir qədər ucuzlaşıb.Eyni hadisə mal əti ilə də baş verib. Mal əti ən bahalı ət sayılsa da onun qiyməti az dəyişib və bir kiloqram üçün təxminən 210,49 qriven təşkil edir”, - ekspertlər qeyd edib.
Düyü də 5% ucuzlaşıb. Bu ucuzlaşma düyünün qarabaşağa nisbətən daha az istifadə olunması ilə bağlıdır.
Eyni zamanda, bəzi süd məhsullarının qiyməti, xüsusilə kəsmik və xama müvafiq olaraq 1% və 4% artıb. Bir paket südlü kəsmikin orta qiyməti təxminən 54 qriven, 350 qram xamanın qiyməti 36,30 qriven təşkil edir.
"Ukraynanın süd sənayesinin emal müəssisələri xammal bazalarından qismən maddi-texniki cəhətdən uzaqlığı ilə xarakterizə olunur. Süd əsasən təsərrüfat sahələrindən və yaxınlıqdakı heyvandarlıq komplekslərində toplanır. Texnikaların qismən zədələnməsi səbəbindən məhsuldarlıqda problemlər yaranıb. Süd tədarükü hazırda həll olunur və əksər süd emalçıları fəaliyyətini bərpa edir", - ekspert bildirilib.
Ukraynada 3238 adda məhsul və mal satılır ki, onların ticarət nişanları Ukraynaya hərbi müdaxilə etmiş Rusiya rezidentlərinə məxsusdur. Onların arasında ukraynalıların gündəlik həyatda işlətdikləri çoxlu sayda mallar da var.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox