Odessada Rusiyaya işləyən cinayətkar qrup saxlanılıb
Rusiya Federasiyasının hakimiyyət orqanları Odessa vilayətində vəziyyəti pozmaq üçün cinayətkarlardan istifadə etməyə çalışıblar. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsləri saxlayıb.
Qrupun bəzi üzvləri Odessa vilayətində Ukrayna hərbçiləri haqqında məlumat toplamaq üçün ərazi müdafiəsi sıralarına qoşulub. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını və vətənpərvər fəalları tutmalı idilər.
Genişmiqyaslı əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal dairələrdə tanınan Emil Varşavski və Paizulayevin də olduğu cinayətkar dəstələrin rəhbərlərini və üzvlərini saxlayıblar. Əcnəbi olan liderlərdən biri Ukraynadan çıxarılıb, xaricdə olan digərinin isə ölkəyə girişi qadağan edilib.
Mariupol Şəhər Şurasında "Müxalifət Platforması - Ömürlük” fraksiyasının rəhbəri, düşmənə yardım etməkdə şübhəli bilinən şəxs Odessada saxlanılıb. Əməliyyat məlumatlarına görə, saxlanılan şəxs Krımın Rusiya tərəfindən gəlməsi zamanı əsas liderlərdən biri olan işğal olunmuş AXC-nin keçmiş prokuroru Natalya Poklonskayanın keçmiş əridir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox