• $
  • £

Azərbaycan ukraynalı qaçqınlara yardım göndərib - YENİLƏNİB

Azərbaycan ukraynalı qaçqınlara yardım göndərib - YENİLƏNİB
15.04.2022 10:24
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşanan böhran nəticəsində Moldovaya yola salınan humanitar yardımla bağlı məlumat yayıb.

XİN-dən bildirilib ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.

Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

*******
Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

Ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında Azərbaycanın da uzun illər müharibə fəsadlarından əziyyət çəkdiyini xatırladıb.

"Bu səbəbdən, ölkədən asılı olmayaraq, Azərbaycan hərbi əməliyyatlardan əziyyət çəkmiş şəxsləri dəstəkləyir və ehtiyac olarsa, bundan sonra da humanitar yardım göndərməyə davam edəcək”, - o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol