• $
  • £

750 milyonluq “Moskva” kreyseri Rusiya üçün nə qədər vacib idi?

750 milyonluq “Moskva” kreyseri Rusiya üçün nə qədər vacib idi?
15.04.2022 15:29
Aprelin 13-ü Ukrayna hərbçiləri Rusiyanın "Moskva” kreyserinə "Neptun” raketləri ilə zərbə endirib. Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-ü batıb.
"Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsi idi. 

Sözügedən kreyserdə hərbi gəmi birləşmələrinin idarəsi, kəşfiyyat, hava və hava hücumundan müdafiə, eləcə də Ukraynaya raket hücumları həyata keçirilib.
186 m uzunluqda, 42,5 m hündürlükdə olan kreyser 510 nəfərdən ibarət ekipajı daşımaq gücünə malik olub.

"Moskva” kreyseri Ukrayna ilə iki aya yaxındır ki, davam edən müharibədə Rusiya üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn "Neptun” raketlərinin iki zərbəsi Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.

Kreyserin tarixinə nəzər salsaq görərik ki, gəmi 1982-ci ilin dekabrında istismara verilib. Kreyserin adı ilk olaraq "Slava” olub və 1996-cı il mayın 16-da dəyişdirilərək "Moskva” adı qoyulub.

SSRİ Prezidenti Mixail Qorbaçov 1989-cu ildə ABŞ Prezidenti Böyük Corc Buş ilə Maltada keçirilən danışıqlara məhz bu kreyser ilə yollanmışdı. Həmçinin "Moskva” kreyseri 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlarına, eləcə də Suriyada Rusiya hərbi kontingentinin gücləndirilməsinə cəlb olunub.

"Moskva” kreyseri Britaniyanın transatlantik buxar gəmisi "Titanik”in batma ildönümü günündə batıb. Belə ki, "Titanik” 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə aysberqlə toqquşduqdan sonra batıb. Hadisə nəticəsində 1496 nəfər həlak olub, 712 nəfər isə xilas edilib.(qafqazinfo)
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol