Finlandiya NATO-ya girir
Fin xalqının böyük əksəriyyəti ölkənin NATO-ya daxil olmasını dəstəkləyir. Bunu Finlandiyanın Avropa məsələləri üzrə naziri Tyutti Tyuppurainen Britaniyanın Sky News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yekun qərar hələ qəbul edilməyib və parlamentdə müzakirə olunacaq. Lakin Finlandiyanın alyansa qoşulması ehtimalı çox yüksəkdir.
Tyuppurainen əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı hərəkətləri qəddardır və müharibə çoxlarının gözünü açıb.
Tüppurainen Rusiya rəsmilərinin Finlandiya və İsveçin NATO-ya daxil olmasının Avropanın şimalında sülh üçün mənfi nəticələrə gətirib çıxaracağı ilə bağlı bəyanatlarına da münasibət bildirib.
"Rusiya nə deyirsə desin,. Biz əlbəttə deyilənləri eşidirik, lakin biz öz maraqlarımıza, vəziyyətimizə və ümumilikdə baş verənlərə verdiyimiz qiymətə əsaslanaraq qərar veririk" , - o, dedi.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər