ABŞ-da atışma - ölənlər və yaralılar var
ABŞ-da Pensilvaniya ştatının Pittsburq şəhərində atışma nəticəsində iki yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.
Bu barədə şəhər polisi məlumat yayıb.
Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib. Qapalı məkanlarda 50-yə qədər, çöldə isə daha bir neçə atəş açılıb.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər