Ukraynada "Zoom"la evlənməyə icazə verilib
Ukrayna Ədliyyə Nazirliyi müharibə dövründə nikah prosedurunu sadələşdirib və nikahı onlayın qaydada - "Zoom" proqramı vasitəsilə rəsmiləşdirməyə icazə verib.
Bunu ölkənin ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib.
"İndiki şərait ona gətirib çıxarır ki, insanların bəzən gözləmək imkanı olmur. Çünki biz hamımız elə şəraitdə oluruq ki, sabah və hətta bu gecə axşam nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək və nikahı bir gündə rəsmiləşdirmək mümkündür. İstəklərini bildirmiş insanlar gün ərzində evlənə bilərlər”, - o söyləyib.
V.Kolomiets qeyd edib ki, ölkəni müdafiə edənlər üçün məsafədən evlilik də nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər