Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb
Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.
Bu barədə NDTV telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.
Assamda pis hava üçüncü gündür ki, davam edir. Baş verən təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib.
Məlumata görə, ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.
Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər