• $
  • £

Rusiyanın batan "Moskva" gəmisinin ilk real fotosu yayıldı

Rusiyanın batan
18.04.2022 09:22
Rusiyaanın aprelin 14-də Qara dənizdə batan "Moskva" raket kreyserinin yeni fotoları yayılıb.

Xarici KİV-lər Ukraynanın "Neptun” raketləri ilə vurulduğu bildirilən gəminin bəlkə də ilk real fotosunu dərc ediblər.
 
Jurnalistlər aprelin 15-də gəmi batdıqdan sonra internetdə yerləşdirilən fotonu təhlil ediblər. Təhlillərdən sonra bunun real şəkil olduğu qənaətinə gəlinib.

Məlum olub ki, dənizin dibinə getməzdən əvvəl kreyser hələ də yanğınla mübarizə aparırmış.
 
Şahidlərin çəkdiyi fotoşəkillərdə "Moskva”nın yanğnla müşayiət olunan tüstü ilə əhatələndiyi görünür.

Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri aprelin 13-də vurulmuşdu.

Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər isə "Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyirlər.

Kreml isə hələ ki gəminin vurulduğunu etiraf etmir. Rusiya Müdafiə Nazirliyi kreyserin "səbəbi araşdırılan yanğın" üzündən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını və sahilə çəkilərkən batdığını iddia edir.

İlk adı "Slava” olan raket kreyserinin əsası 1976-cı ildə Nikolayev şəhərindəki gəmiqayırma zavodunda qoyulub. "Moskva" kreyserinin uzunluğu 186,5 metr, eni 20,8 metr, hündürlüyü 42,5 metr, su tutumu 11490 ton idi. Gəmi 1983-cü ilin yanvarında istifadəyə verilib. Bu gəmi Rusiyanın Qara dənmizdəki flaqmanı sayılırdı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol