Rusiyada Human Rights Watch-un saytı bloklanıb
Rusiyada Human Rights Watch təşkilatının
saytı bloklanıb. Bu barədə "İnterfaks” məlumat yayıb.
"Human Rights Watch” hüquq müdafiə təşkilatının saytı Rusiya ərazisində aktiv deyil.
HRW-un internet səhifələrindən birində "Ukrayna: hərbi əməliyyatlardan
qaçan mülki şəxslər Rusiyanın hücumu zamanı ölür” başlığı ilə xəbər yer alıb. BUndan sonra aprelin 17-də Baş Prokurorluq səhifənin ölkə ərazisində yayımını dayandırmaq barədə tələb irəli sürüb.
Rəsmi olaraq sayt tam bloklanmayıb, lakin https protokolunun istifadəsi səbəbindən səhifələrdən birinin bloklanması bütün saytın açılmamasıma səbəb olub.
Aprelin 8-də Rusiya Ədliyyə
Nazirliyi Human Rights Watch-un Rusiya ofisini bağlayıb. Departament öz qərarını
"mövcud qanunvericiliyin pozulmasının aşkarlanması” ilə izah edib.
Səkinəxanım Məmmədova
Oxşar xəbərlər
Oxşar xəbərlər