Penza vilayətinə gedən miqratların sayı açıqlanıb
Aprelin 17-də qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 500-dən çox miqrant Rusiyanın Penza vilayətinə gedib, bu barədə vilayətin qubernatoru məlumat verib.
Onun sözlərinə görə miqrantlar müvəqqəti yerləşdirmə mərkəzlərinə aparılıb və yeməklə təmin olunublar.
"Donetsk və Luqansk xalq respublikaları ərazisində xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə 2000-dən çox insan Penza vilayətinə təxliyə edilib”, - deyə vilayətin qubernatoru Oleq Melniçenko bildirib.
Krımda LPR, DXR və Ukraynanın bölgələrindən olan uşaqlara dəstək olmaq üçün bir sıra tədbirlər hazırlanıb. Hazırda regionda ümumilikdə 1 mindən çox tələbə, şagird və məktəbəqədər uşaq təhsil alır.
Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirmişdi ki, "Xeyirxah əməl” kampaniyası çərçivəsində bir neçə gün ərzində regionun məktəblərində 350 ton humanitar yardım toplanıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər