Buçada edam edilənlər arasında Aleksey Navalnının da qohumu var
Buçada yüzlərlə digər qurbanlar arasında kütləvi məzarlıqda güllələndikdən sonra basdırılmış adamlar arasında Rusiya müxalifətinin lideri Aleksey Navalnının da qohumunun nəşi tapılıb. Bu barədə Novoye Zalesye kəndinin rəhbəri Pavel Navalnı bildirib.
"Bəli, İlya Alekseyin uzaq qohumu idi, ortaq bir ulu babaları var", - Pavel Navalnıy bildirib.
Pavel özü Rusiya müxalifət liderinin uzaq qohumudur.
Onun sözlərinə görə, Kiyev vilayətinin Rusiya tərəfindən işğalı zamanı Navalnının digər, daha yaxın qohumlarına zərər dəyməyib.
Müxalifət lideri Aleksey Navalnının ukraynalı kökləri və qohumları olduğu məlumdur.
Bundan əvvəl Bild nəşri yazıb ki, rus hərbçiləri Buçada olarkən yerli sakin İlya Navalnını güllələyiblər. Meyitin yanından açıq pasport tapılıb. Rusiya işğalı qurbanlarının axtarışı və şəxsiyyətinin müəyyən edilməsi üçün Telegram kanalı "Buça rayonu ərazisində ölülər” İlya Navalnının cəsədinin və sənədlərinin fotosunu dərc edib.
Mütəxəssislər onun döş qəfəsində və başında güllə yaraları olduğunu müəyyən ediblər. Onun cəsədi Buça kilsəsinin yaxınlığındakı məzarlıqda tapılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Buçada ən azı 400 nəfər ölüb. . İndi ekspertlər öldürülənlərin cəsədlərini kütləvi məzarlıqlardan çıxarır.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər