Ukrayna hərbçilərinə təlimlər keçiriləcək - Pentaqon
Yaxın günlərdə amerikalı təlimatçılar Ukrayna hərbçilərinə haubitsa artilleriya sistemlərindən istifadə üzrə təlimlərə başlayacaq. Bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.
Təlim Ukrayna hüdudlarından kənarda keçiriləcək, bundan sonra kursu bitirənlər vətənlərinə qayıdaraq orada başqalarına təlim keçə biləcəklər.
Pentaqonun sözçüsü həmçinin bildirib ki, rus qoşunları Ukraynanın şərqində yeni hücuma hazırlaşır.
Onun sözlərinə görə, son günlər Rusiya Ukraynaya 11 hücum dəstəsi göndərib. Beləliklə onların sayı 76-ya çatdırılıb. Onlar əsasən Ukraynanın cənubu və şərqində yerləşdiriliblər.
Prezident Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq müdafiə yardımı ediləcəyini bəyan etdikdən bu ölkəyə 4 dəfə silah göndərilib. Yaxın günlərdə daha bir dəfə də silah göndəriləcəyi gözlənilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər