Donbas uğrunda döyüş başlayıb - Zelenski
Rusiya qoşunları uzun müddətdir hazırladıqları Donbass uğrunda döyüşə başlayıblar. Bu barədə axşam video müraciətində Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Rusiya qoşunlarının böyük bir hissəsi hücum üçün orada cəmlənib. Oraya nə qədər əsgər sürülsə də, biz özümüzü müdafiə edəcəyik. Döyüşəcəyik. Ukraynanın bir qarış torpağını Rusiyaya verməyəcəyik", - Zelenski bildirib.
Zelenski qeyd edib ki, şərqdə və cənubda rus qoşunları son vaxtlar əvvəlkindən daha çox düşünülmüş şəkildə hücumlar edir.
"Onlar dövlətimizin müdafiəsində zəif yer axtarırlar ki, əsas qüvvələri ora yüridib irəli getsinlər", - Zelenski əlavə edib.
Müharibənin ikinci mərhələsinin başlaması barədə Ukrayna prezidenti aparatının rəhbəri Andriy Yermak da bildirib.
Luqansk vilayət administrasiyasının rəhbəri Serhiy Qayday bu barədə Facebook-da yazıb.
Rusiya ordusu Rusiyaya raket ehtiyatını asanlıqla bərpa etməyə mane olan sanksiyalar fonunda Ukraynaya qarşı raketlərdən istifadəni azaltmır.
"Raket zərbələrinin heç biri Rusiya üçün vəziyyəti kökündən dəyişməyib. Əgər onların hamısını birlikdə qiymətləndirsək, nəticə belə olacaq - bu, strateji baxımdan anlaşılmazdır", - Zelenski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, hücumu gücləndirmək üçün Rusiya hərbçiləri Rostov vilayəti ərazisində və ilhaq edilmiş Krımda əlavə birləşmələr yaratmağa davam edir.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ruslar təxminən aprelin 24-dək əlavə birləşmələri yaratmaq işini bitirəcəklər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında, Belqorod vilayətində helikopter meydançaları yerləşdirilir.
Danilov döyüşlərin yeni başlayan və ya davam etdiyi ərazilərdə yaşayan insanları mümkün qədər təxliyə olunmağa çağırıb.
"Ruslar artıq 1 və ya 9 may deyil, artıq Pasxa bayramı ilə əlaqədar Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirmək vəzifəsini qarşılarına məqsəd qoyub", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi deyib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox