• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

40.000 adam zorla Rusiya ərazilərinə göndərilib - Mariupol meri

 40.000 adam zorla Rusiya ərazilərinə göndərilib  - Mariupol meri
19.04.2022 07:45
40 minə yaxın insan Mariupoldan Rusiyaya və Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinə zorla deportasiya edilib. Bunu Mariupol meri Vadim Boyçenko bildirib.

Onun sözlərinə görə, deportasiya olunanların sayı bələdiyyə uçotunun köməyi ilə müəyyən edilib.

Rusiya mülki əhalinin məcburi köçürülməsində hər hansı əli olduğunu inkar edir.

Media müharibə şəraitində Ukrayna hakimiyyətinin məlumatlarını müstəqil şəkildə yoxlaya bilmir.

Kiyev ukraynalıların Rusiyaya deportasiyasından demək olar ki, müharibənin lap əvvəlindən danışır. 

Prezident  Zelenski martın sonunda rusiyalı jurnalistlərinə müsahibəsində bunu adam oğurluğu adlandırıb.

İndiyədək sosial şəbəkələrdə deportasiya edilmiş ukraynalıların deportasiya yerlərindən və ya yolda qaçıb Rusiyanı tərk etməyi bacaranların təsdiqlənməmiş hekayələri artıq yayılmaqdadır.
 


Bu arada Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Rusiya hərbçilərinin Mariupolda fəallığı zəifləmir, lakin şəhərin ukraynalı müdafiəçiləri xətti saxlamaqda davam edirlər.

"Biz onların hava hücumlarına qarşı qurğularının və artilleriyasının Donbasda və Ukraynanın cənubunda, xüsusən də Mariupol ətrafında və daxilində cəmləşdiyini görməkdə davam edirik”, - Kirbi bildirib.

Pentaqonun sözçüsünə görə, Rusiya komandanlığı Ukraynanın şərqində daha geniş hücumlar üçün şərait yaradır.

ABŞ ordusu yaxın vaxtlarda Ukrayna əsgərlərinə təlim keçməyə hazırdır. Xüsusilə, təlim ABŞ-ın təqdim etdiyi ən son artilleriya qurğularından istifadəni əhatə edəcək.

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Ukraynadakı hadisələrlə bağlı avropalı müttəfiqləri ilə telefonla məsləhətləşmələr aparacağını bildirib.

Ağ Ev hələlik danışıqlarda hansı ölkələrin liderlərinin iştirak edəcəyini dəqiqləşdirməyib.

"Prezident tərəfdaşlarla təhlükəsiz videozənglər keçirəcək, bu zaman tərəflər Ukraynanı dəstəkləmək üçün növbəti addımları müzakirə edəcək, həmçinin Rusiyanı məsuliyyətə cəlb etmək üçün birgə səylər barədə razılığa gələcəklər”, - ABŞ administrasiyasının bəyanatında deyilir. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol