Lavrov: "Buçada baş verənlər Moskva tərəfindən araşdırılır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buçada baş verən hadisələrin araşdırılacağını deyib, bu barədə nazir "İndia Today" telekanalında müsahibəsi zamanı bildirib.
Lavrov qeyd edib ki, Rusiya Federasiyasının hüquq sahəsi çərçivəsində belə hadisələrin araşdırılmasında böyük təcrübəyə malik ictimai təşkilatlar var. Məsələn, Ağ Dəbilqəlilərin Suriyada törətdiyi cinayətləri araşdırıblar.
Aprelin 3-də Ukrayna tərəfi Kiyevətrafı Buçadan rus hərbçilərini dinc sakinləri öldürməkdə ittiham edən foto və videolar dərc edib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu mesajları təxribat adlandırıb. Nazirlik təkid edir ki, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıq aksiyasından əziyyət çəkməyib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi israr edir ki, bütün rus bölmələri Buçanı martın 30-da tərk edib və "cinayətlərin sübutu” yalnız dördüncü gündə, SBU zabitləri və Ukrayna televiziyasının nümayəndələri şəhərə gələndə ortaya çıxıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər