• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Peskovdan Paşinyanın Moskva səfəri ilə bağlı AÇIQLAMA

Peskovdan Paşinyanın Moskva səfəri ilə bağlı AÇIQLAMA
19.04.2022 15:08
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı bütöv sənədlər paketi imzalanacaq.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu gün prezident üçün günün əsas hadisəsi Ermənistanın baş naziri Paşinyanın rəsmi səfəridir", - Peskov bildirib.

O əlavə edib ki, Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılır.

"Orada bütöv sənədlər paketi də imzalanacaq", - Kreml sözçüsü bildirib.

 Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan da daxil olmaqla bir neçə rəsmi şəxs daxildir.

İş gündəliyinə Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər daxildir.

Paşinyan Rusiyaya iki günlük səfərə gəlib.


 


Bundan əvvəl xəbər verilmişdi ki, Paşinyan Putinlə Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların (2020-ci ilin noyabrı və 2021-ci ilin yanvarı) icrasını müzakirə edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol