Kanada Nabiullinaya və daha 13 rusiyalıya qarşı sanksiyalar tətbiq edir
Kanada Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya və daha 13 rusiyalıya qarşı sanksiya tətbiq edib. Bu barədə hökumətinin dərc etdiyi sənəddə bildirilir.
Siyahıya iş adamları Pyotr Aven, Mixail Fridman, Mixail Qutseriyev, German Khan, Oleq Boyko daxildir. İqor Makarov, Sergey Rolduqin, Aleksandr Torşin, Aleksandr Ponomarenko, Katerina Tixonova, Mariya Vorontsova, Mariya Lavrova və Yekaterina Vinokurovaya da məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Bundan əvvəl Kanada, xüsusən də Rusiya Federasiyası Federasiya Şurasının üzvlərinə, habelə Rusiya Federasiyasının müdafiə və sənaye strukturlarına qarşı sanksiyalar tətbiq edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər