• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Azərbaycanla Qırğızıstan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Azərbaycanla Qırğızıstan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq
20.04.2022 11:50
Azərbaycanla Qırğızıstan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq
 
"Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq", bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla təkbətək görüşü zamanı deyib.

"Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq", dövlət başçısı vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol