• $
  • £

Ukrayanaya sənəd təqdim edilib - Peskovdan AÇIQLAMA

Ukrayanaya sənəd təqdim edilib - Peskovdan AÇIQLAMA
20.04.2022 14:35
Ukraynaya sənəd göndərilib və cavab gözlənilir.  Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Ukrayna tərəfi əvvəlki razılaşmalardan yayınır. Bu, danışıqlara mənfi təsir edir. Hazırda sənəd Ukrayna tərəfindədir. İndi "top onlardadır”, cavab gözləyirik. Cavabın nə vaxt veriləcəyi Ukraynadan asılıdır”, - o bildirib.
 
Peskov, həmçinin qeyd edib ki, cavab müddəti Kiyevdən asılıdır. 

"Biz dəfələrlə demişik ki, Ukrayna tərəfinin işinin dinamikası ürək açan deyil, ona görə də ukraynalılar danışıqlar prosesini aktivləşdirməyə böyük meyl göstərmirlər", o bildirib.

Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, Azovstaldakı qüvvələr silahlarını yerə qoysunlar deyə süküt elan olunacaq.

"Rusiya Silahlı Qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, 20 aprel 2022-ci il, Moskva vaxtı ilə saat 14:00-dan etibarən qüvvələrə hərbi əməliyyatları dayandırmağı və silahlarını yerə qoymağı təklif edir”, - deyə Mizintsev bildirib.

General-polkovnik əmin edib ki, Rusiya Federasiyası silahı yerə qoyan hər kəsin həyatının qorunmasına və tibbi yardımın göstərilməsinə zəmanət verir.
Humanitar əməliyyatın həyata keçirilməsi üçün Rusiya tərəfi Moskva vaxtı ilə saat 13:00-dan etibarən tərəflər arasında əlaqə yaratmağı, bundan yarım saat sonra sükut rejiminin elan edilməsini təklif edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol