Rusiyaya qarşı 9 mindən çox sanksiya tətbiq edilib
Ukraynaya hərbi hücumları ilə bağlı Rusiyaya tətbiq edilən sanksiyaların sayı 9722-yə çatıb. Bununla bağlı "castellum.ai" qlobal sanksiyaların monitorinqi bazası məlumat yayıb.
Rusiya cari ilin fevralın 22-dən etibarən 6918 yeni sanksiyaya məruz qalıb. Digərləri isə Ukrayna ilə hücuma başladığı ilk illərdən tətbiq edilən sanksiyalardır.
Sanksiyalar maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət sahələrini əhatə edir.
Dünyanın ən çox sanksiya tətbiq etdiyi 7 ölkənin yer aldığı siyahıda 651 sanksiya ilə Venesuela, 510 sanksiya ilə Myanma , 208 sanksiya ilə Kuba da yer alır.
Rusiya Ukraynaya 24 fevraldan hücum edir. Hücum bugünə kimi davam edir. Qərb ölkələri də Rusiya və Rusiya vətəndaşlarına qarşı ağır sanksiyalar tətbiq etməkdə davam etməkdədir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər