Kadırov Ukraynaya müharibəyə gedənlərə mükafat vəd edir
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya döyüşməyə gedəcək hər kəsə 300 min rubl (3700 dollar) birdəfəlik ödəniş vəd edib. Bu barədə "Agentstvo” nəşri məlumat verir.
Bu zaman namizədlər üçün minimum tələblər irəli sürülür: onlar sadəcə yaşı 50-dən aşağı "sağlam” kişilər olmalıdırlar, hərbi xidmət və döyüş təcrübələri olmaya da bilər. Onları Qroznı meriyasında yerləşən könüllülər mərkəzində toplayacaqlar. Əvvəlcə 10 günlük təlim keçiriləcək, sonra da döyüşə yollanacaqlar. Bu zaman müqavilə imzalanmayacaq.
"Agentstvo” bildirir ki, bu elana reaksiya verən adamların məşqlərini göstərən bir neçə video artıq teleqramda paylaşılıb. Onlardan biri 47 yaşlı Tambov sakini Yuri Tatarintsevdir. Məhkəmə qərarları bazasına görə, Tatarintsev əvvəllər qətl, adam oğurluğu və silah saxlamağa görə məhkum olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər