Rusiya və Ukrayna arasında əsirlər dəyişdirilib
Ukrayna ilə Rusiya arasında beşinci əsirlər dəyişdirilib. Bu barədə Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz "Telegram" kanalında məlumat verib.
Əsir mübadiləsi çərçivəsində 19 Ukrayna vətəndaşı azad edilib. Onlardan 10-u hərbçi və 9-u mülki şəxsdir.
Baş nazirin müavini qeyd edib ki, bu dəfə azad edilənlər arasında yaralılar var.
Bundan öncə 60 hərbçi və 16 mülki ukraynalı azad edilib.
www.anews.az

Yarısı qadın olan minə yaxın ukraynalı mülki şəxs və 700 əsgər hazırda Rusiya əsirliyindədir. Ukrayna Rusiya Federasiyasından mülki şəxslərin heç bir şərt olmadan azad edilərək Ukrayna tərəfinə təhvil verilməsini tələb edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər