Almaniya martda Rusiyaya ixracı 58% azaldıb
Sanksiyalar və müxtəlif ixrac məhdudiyyətləri səbəbindən Almaniya martda Rusiyaya mal ixracını keçən ilin eyni ayı ilə müqayisədə 57,5% azaldıb. Bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) bildirib.
Bteləliklə Rusiya 2022-ci ilin martında Almaniyanın qeyri Avropa İttifaqı ölkələri arasında idxal payına görə 12-ci yerə düşüb. Halbuki fevralda Rusiya beşinci terdə idi.
Ümumilikdə Almaniya bu ilin martında ötən ilin martına nisbətən təqvim və mövsüm faktorlarına düzəlişlər edilməklə qeyri Avropa İttifaqı ölkələrinə ixracı i3% artıraraq 52,8 milyard avroya çatdırıb. Fevralda ixracın həcmi 2021-ci ilin fevralı ilə müqayisədə 7,2% azalıb.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Pekinin tətbiq etdiyi sərt karantin tədbirləri fonunda keçən ay alman mallarının Çinə göndərilməsi 2021-ci ilin martı ilə müqayisədə 1% azalaraq 10,2 milyard avroya düşüb.
ABŞ-a ixrac 21% artıb və 13,5 milyard avro təşkil edib. Almaniyanın Yaponiyaya ixracı 13,7% artıb, Türkiyəyə isə 8,3%, Böyük Britaniyaya - 0,3% azalıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər