Polşada mədəndə güclü yeraltı təkan baş verib, ölənlər var
Polşanın cənubundakı "Zofyuvka” mədənində baş verən güclü yeraltı təkan nəticəsində 4 şaxtaçı həlak olub.
Bu barədə "Jastszemba Coal Company" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər 6 nəfərin axtarışlarını davam etdirirlər.
"Təhlükəli ərazidə vəziyyət ağırdır. Metan konsentrasiyasının yüksək olması, yüksək temperatur xilasetmə işlərinin intensivliyini azaldır", - şirkətdən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər