• $
  • £

Rusiya-Gürcüstan danışıqları dayandırılıb

Rusiya-Gürcüstan danışıqları dayandırılıb
25.04.2022 11:48
Rusiya və Gürcüstan arasında Cenevrə danışıqları BMT, ATƏT və Avropa İttifaqının təşəbbüsü ilə fasiləyə qoyulub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə 4-cü Departamentin direktoru Denis Qonçar "RİA Novosti”yə müsahibəsində bildirib.

"Bu, bizim seçimimiz deyil, təşəbbüs həmsədrlər üçlüyünə məxsusdur. Həmsədrlər danışıqların 56-cı raundunu qeyri-müəyyən vaxta qədər təxirə salıb”, - o deyib.

Qonçar qeyd edib ki, BMT, ATƏT və Aİ müzakirələri "girov”götürüb. XİN rəsmisinin fikrincə, formatın işinin dayandırılması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmir.

Gürcüstan və Rusiya arasında beynəlxalq Cenevrə danışıqları BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından aparılır. Bu danışıqlar Gürcüstan və Rusiya arasında gücün tətbiq edilməməsi üzrə öhdəliklər, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması və məcburi köçkünlərin evlərinə dönməsi ilə bağlı məsələlərin müzakirə olunduğu yeganə formatdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol