Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq
Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Smirnov deyib.
"Hazırda tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır, tribunalın yaradılması və fəaliyyətinin optimal formatı müəyyənləşdirilir. Bu ideyanı Avropa və dünya ziyalıları, aparıcı beynəlxalq hüquqşünaslar, ictimai xadimlər dəstəkləyiblər. Müharibədə iştirak edən hər bir rus haqqında məlumat toplanılır. Bu məlumatlar sonradan bütün vətəndaşlarımız və sivil dünya üçün əlçatan olacaq", - o qeyd edib.
A.Smirnov bildirib ki, beynəlxalq tərəfdaşlarla müvafiq danışıqlar bu həftə davam etdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər