Elon Musk yeni holdinq yaradıb
Elon Musk Twitter-in alınması planı çərçivəsində ABŞ-da 3 ədəd holdinq şirkətini qeydiyyatdan keçirdib, bu barədə xarici KİV məlumat yayıb.
Bu 3 holdinq şirkətindən biri çərçivəsində Musk-ın müəyyən paya sahib olduğu bütün şirkətləri gələcəkdə birləşə bilərlər.
ABŞ-da qeydiyyatdan keçirilmiş 3 holdinq şirkətinin hər birinin adı X Holdings adının variantlarıdır. ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edilmiş sənədlərə əsasən Musk və onun partnyorları rolunda çıxış edən investorlar tender təklifi çərçivəsində Twitter səhmlərinin alınması üçün maliyyələşdirilmənin təmin edilməsi yolunda həmin holdinq şirkətlərdən birinə investisiyalar yatırmağı planlaşdırırlar.
Bunun baş verəcəyi halda Twitter yaradılmış 3 holdinq şirkətdən birinin tərkibinə daxil olacaq. Yeni holdinqin Musk-ın digər şirkətlərini əhatə edib-etməyəcəyi barəsində heç bir məlumat yoxdur. Musk holdinqin yaradılması barəsində planları hələ 2012-ci ildə bildirmişdi. 2020-ci ildə o, holdinqi "X” adlandırmağın çox yaxşı ideya olduğunu söyləmişdi. Onu da qeyd etmək lazımdır ki, Musk həmçinin X.com domeninin sahibidir və bu domendə bir vaxtlar PayPal-ın əcdadı hesab edilən ödəniş servisinin serverləri yerləşirdilər.
Tesla və SpaceX-dən başqa Neuralink ilə Boring Company şirkətlərinə sahib olan Musk bizneslərin bir holdinq çərçivəsində birləşdirilməsi ideyasını hələ keçən həftə müsahibələrindən birində səsləndirmişdi.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər