Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Türkiyənin Bursa şəhərində təkmühərrikli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Bunu Bursa valisi Yakup Canbolat bildirib.
Məlumata görə, hadisə Bursanın Osmanqazi rayonunda baş verib. Bildirilib ki, ölənlərdən biri pilot, o biri isə tələbə pilot olub. Yakup Canbolatın sözlərinə görə, hadisə nəticəsində yaralanan olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər