• $
  • £

Təbrizli təqaüdçülər aksiyalarını davam etdirir

Təbrizli təqaüdçülər aksiyalarını davam etdirir
25.04.2022 18:02
İranda təqaüdçülərin ənənəvi bazar günü mitinqlərinin davamında yüzlərlə təqaüdçü aprelin 24-də Təbriz və İranın bir neçə digər şəhərində piket keçirib, bu barədə İRNA məlumat yayıb.

Əmək hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizdə Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər təşkilatın Şərqi Azərbaycan vilayəti baş idarəsinin önündə toplaşıb.

Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, bu bazar günü təqaüdçü aksiyaları Təbrizdən əlavə Ərak, Kirmanşah və İlam şəhərlərində də baş tutub.

Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülərin təmsilçiləri əvvəlki həftələrdə agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.

Son günlərdə Təbrizdə Şərqi Azərbaycan vilayətinin təlim və tərbiyə baş idarəsinin önündə də etiraz aksiyası keçirilib. "İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalı aksiyanın aprelin 21-də müəllimlər, habelə məktəb xidmətçiləri və qapıçıları tərəfindən təşkil olunduğunu bildirib. Aksiyaya qatılanlar İranın Təhsil Nazirliyinə çalışan müəllimlər və məktəb qapıçıları üçün "yoxsulluq səviyyəsinin üstündə” maaş tələb ediblər.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol