Rusiyada baş verən hadisələrin icmalı
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsindən 61 gün ötür.
Günün əsas hadisələri işə bağlı Rusiyada baş verənlərin qısa icmalı:
- Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyinin normalarını ümumiləşdirən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
- Rusiya 40 alman diplomatını ölkədən çıxarır.
-Solovyova sui-qəsd hazırlayan millətçilər Kiselyovu öldürmək planlarından danışıblar.
- Avronun məzənnəsi 2020-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 77 rubldan aşağı düşüb.
-Günortadan sonra Müdafiə Nazirliyi mülki əhalinin Azovstaldan çıxması üçün döyüş əməliyyatlarının dayandırıldığını elan edib.
-Mərkəzi Bank xarici valyutaların rəsmi məzənnələrinin hesablanması qaydasında dəyişiklik edib.
- Ən son S-500 "Prometey" hava hücumundan müdafiə sistemi kütləvi istehsala buraxılıb.
- ISU Rusiyada fiqurlu konkisürmə üzrə Qran Prini ləğv edib.
- Putin 2022-2031-ci illəri Rusiya Federasiyasında Elm və Texnologiya Onilliyi elan etdi.
-Radanın spikeri bildirib ki, Ukrayna NATO məsələsi ilə bağlı Konstitusiyaya dəyişiklik etməyəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər