• $
  • £

Ukrayna hər ay 5 milyard dollar yardım alacaq

Ukrayna hər ay 5 milyard dollar yardım alacaq
26.04.2022 17:37
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna vətəndaşları qarşısında bütün sosial və humanitar öhdəlikləri yerinə yetirmək üçün bu ölkənin büdcəsinə ayda 5 milyard dollar daxil olacaq xüsusi inzibati hesab yaradıb.

Bu barədə məlumatı Ukrayna baş naziri Denis Şmıqal yerli mətbuata bildirib.

"Biz Beynəlxalq Valyuta Fondu ilə davamlı əməkdaşlıq edirik. Razılaşmaya görə, Beynəlxalq Valyuta Fondu xüsusi inzibati hesab yaratdı və bu hesab vasitəsilə bütün tərəfdaşlarımız dəstək göstərəcək. Həm Fond, həm də Dünya Bankı tərəfindən aylıq 5 milyard dollar vəsait köçürüləcək. Bu, müharibədən əziyyət çəkən dövlətimizin sakinləri qarşısında bütün sosial və humanitar öhdəliklərin yerinə yetirilməsi üçün Ukraynanın büdcəsinin tələb etdiyi vəsaitdir”, - Şmıqal bildirib.

O, həmçinin qeyd edib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın Ukraynada qohumları var və buna görə də o, Ukraynadakı vəziyyəti belə dərindən başa düşür.

"Birbaşa Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva da Ukraynadakı vəziyyəti dərindən başa düşür, burada - Ukraynada ailəsi var, onunla faktiki əlaqə saxlayır və baş verən bütün hadisələr barədə məlumatlanır. Buna görə də o, həm də emosional olaraq Ukraynaya dəstək verməkdə iştirak edir”, - Şmıqal bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol