Antonio ilə Putinin görüşü başa çatıb
BMT-nin baş katibi Antonio Quterreşin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü başa çatıb. Bu barədə TACC agentliyi məlumat yayıb.
Məlumata görə Antonio Putinlə Ukraynadakı böhranla bağlı müzakirələr aparıb.
Baş katib Mariupol və Azovstal şəhərləri ilə bağlı mövzulara da toxunub.
Görüş bir saata yaxın davam edib. Görüşün bir hissəsi təkbətək formatda keçirilib.
Moskvadakı danışıqlardan sonra BMT-nin baş katibi Ukraynaya gedəcək. Orada o, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə işgüzar görüş keçirəcək və prezident Vladimir Zelenski tərəfindən qəbul ediləcək. Quterreş BMT-nin Ukraynada işləyən əməkdaşları ilə də görüşərək, ölkənin "əhalisinə humanitar yardımın genişləndirilməsini” müzakirə edəcək.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası”, habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub və şimal istiqamətlərdən hücuma başlayıb. Rusiya və Ukrayna 3 dəfə masada görüşsələr də atəşkəslə bağlı heç bir razılıq əldə olunmayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox