Rusiya bu aeroportun bərpasına 1 milyard rubl xərcləyəcək
2000-ci illərin əvvəlindən fəaliyyət göstərməyən Oryol Yujnı hava limanının yenidən qurulmasına 2023-cü ilə qədər 1 milyard rubl investisiya yatırılması planlaşdırılır, bu barədə Rusiya mətbuatı məlumat verib.
Baş nazirin müavini Andrey Belousov 2024-cü ilə qədər olan dövr üçün əsas infrastrukturun genişləndirilməsi üzrə kompleks plana Yujnı hava limanının yerüstü infrastruktur obyektlərinin süni səthlərinin təmirinin daxil edilməsi üzrə işləri sürətləndirməyi tapşırıb.
Nəticədə "Regional hava limanlarının inkişafı” federal layihəsi çərçivəsində büdcə ayırmalarının yenidən bölüşdürülməsi və Oryol vilayətinin büdcəsinə 1 milyard rubl məbləğində subsidiyaların ayrılması təklif edilib. Bu məbləğin 400 milyon rublu bu il, 600 milyon rublu isə 2023-cü ildə alınmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər