Rusiya Polşaya qaz ixracını dayandırır
Rusiya aprelin 27-dən Polşaya qaz nəqlini dayandırır, bu barədə gazeta.ru məlumat verib.
Polşanın PGNiG şirkəti "Qazprom”dan qazın dayandırılması ilə bağlı bildiriş aldığını bildirib.
Şirkətin məlumatına görə onlar əvvəllər bağlanmış müqavilə əsasında qazın ödənişini davam etdirirlər və Rusiyanın tələb etdiyi kimi qazın qiymətini rublla ödəmək niyyətində deyillər.
Onlar əlavə ediblər ki, Qazprom tərəfindən təbii qazın ixracının dayandırması Yamal müqaviləsinin pozulmasıdır. Buna görə də şirkət müqavilə qanunvericiliyinə uyğun olaraq hüquqi tələblər irəli sürəcək.
Rusiya tərəfi iddia edir ki, Polşa aprelin 26-da yeni qaydalara əsasən aldığı qazın qiymətini rublla ödəməlidir.
Qazprom” Polşaya qazın ixracının artıq dayandırıldığını təsdiqləməyib və bildirib ki, Varşava "yeni ödəniş proseduruna uyğun olaraq qaz üçün hələ aprelin 26-ı bitənə qədər ödəniş etməyə borcludur”.
Bundan əvvəl Polşanın "Onet” resursu Rusiya qazının nəqlinin dayandırıldığını bildirib.
ENTSOG - Avropa Qaz Ötürmə Operatorları Assosiasiyasının məlumatına görə, həqiqətən də aprelin 25-i səhər saatlarından Polşa Yamal-Avropa magistral yolu boyunca şərqdən təbii qaz almayıb: bazar ertəsindən etibarən Kondratki qazölçmə stansiyasında qaz axını boşa çıxıb. Eyni zamanda, daha əvvəl sıfıra enib - aprelin 24-nə keçən gecə nasos dayanıb, sonra yenidən bərpa edilib. Aprelin 1-də də vəziyyət oxşar olub.
Kondratkidə qaz qəbulunun dayandırılması ilə eyni vaxtda qəbul digər marşrutlar - Belarusla sərhəddə Teterevka və Visokoe, o cümlədən Ukrayna ilə sərhəddə Drozdoviçi marşrutları ilə davam etdi.
Apreldə Polşa Rusiyadan qaz alışını aktiv şəkildə azaldıb. Buna səbəb qazın dəyərinin ("qarşıdakı ay” indeksinə görə) spot kotirovkalardan bir yarım dəfə baha ola bilməsinin proqnzlaşdırılması idi. Bu şəraitdə Polşa idxalçıları Rusiya Federasiyasından qaz qəbulunu azaldaraq qərbdən isə spot saytlardan idxalı artırıblar.
Martın 31-də Rusiya Federasiyasının prezidenti Vladimiz Putin "Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” 172 nömrəli Fərman imzalayıb.
Sənədə əsasən, 2022-ci il aprelin 1-dən sonra Rusiya boru kəməri ilə ixrac etdiyi qazın pulunu rublla ödənilməsini tələb edir.
Bu məqsədlə səlahiyyətli maliyyə qurumunda - Qazprombankda xarici alıcılar üçün "K" tipli xüsusi rubl ilə valyuta hesabları açılıb.
Hazırda isə xarici alıcılar qazı ixrac müqaviləsində göstərilən valyutada ödəyir, Qazprombank onu Moskva birjasında sataraq rubla çevirir və Qazproma köçürür. Məhz bu anda təbii sərvət üçün ödəmə öhdəliyi yerinə yetirilmiş hesab olunur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox