Norveç Ukraynaya silah üçün maddi yardım ayırır
Norveç Böyük Britaniyanın Ukrayna üçün silah almaq təşəbbüsünə 400 milyon kron ayıracaq, bu barədə "Aftenposten" nəşri məlumat yayıb.
"Ukrayna qüvvələrinin şərq və cənubdakı hücumlara tab gətirmək üçün daha çox silaha ehtiyacı olacaq. Onlara daha ağır və təkmil silah sistemləri lazım olacaq. Norveç üzərinə düşəni edir", - Norveçin Baş naziri Yonas Qar Styore bildirib.
Onun sözlərinə görə, Ukraynaya daha ağır silahların birbaşa tədarükü davamlı olaraq nəzərdən keçirilir. Onlar təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər