Rusiyada bu şəbəkə fəaliyyətini bərpa edir
Rusiyada fəaliyyətini dayandıran OBI hipermarketlər şəbəkəsi işini yenidən bərpa edir, bu barədə gazeta.ru agentliyi məlumat verib.
Bildirilib ki, ticarət şöbəsi bu gündən alıcılar üçün yenidən açılır.
Şəbəkənin məlumatına görə Rusiyada mayın 1-nə qədər bütün mağazaların fəaliyyəti bərpa olunacaq.
Rusiyanın sənaye və ticarət nazirinin müavini Viktor Evtuxov bildirib ki, IKEA və Inditex Rusiyada mağazaların yenidən açılması variantlarını nəzərdən keçirir. Onun sözlərinə görə, xarici şirkətlərin fəaliyyətinin dayandırılması əsasən logistika və məhsulların tədarükü ilə bağlı problemlərlə bağlıdır və Rusiya bazarı bu təşkilatlar üçün vacibdir. IKEA-dan İsveç mətbuatına bildiriblər ki, Rusiya Federasiyasında mağazaların işini dayandırmaq qərarı "qüvvədə qalır”.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox