Britaniya kəşfiyyatı: Ukrayna səma üzərində nəzarəti özündə saxlayır
Britaniya hərbi kəşfiyyatının bu gün Ukraynadakı vəziyyətlə bağlı gündəlik səhər hesabatında əsas diqqət hava məkanındakı vəziyyətə yönəlib.
Məlumatda bildirilir ki, Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti əlində saxlayır. Rusiya heç vaxt Ukrayna HHQ-ni məhv etməyə və ya onun hava hücumundan müdafiə sistemini sıxışdırmağa müvəffəq olmayıb. Rusiya hələ də öz aviasiyasının riskləri ilə hesablaşmalıdır.
Rusiyanın hava fəaliyyəti əsasən Ukraynanın cənubunda və şərqində cəmləşərək quru qoşunlarına dəstək verir. Rusiyanın Ukraynanın şimalında və qərbində hava məkanına çıxışı son dərəcə məhduddur ki, bu da ilk növbədə hücum əməliyyatlarını uzaq məsafədən zərbələrə endirir.
Eyni zamanda, Rusiya Ukraynanın bütün ölkə ərazisindəki hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirməkdə davam edir.
www.anews.az

Rusiyanın Mariupola endirdiyi aviazərbələrin əksəriyyəti çox güman ki, idarə olunmayan bombalarla həyata keçirilib. Bu cür silahların istifadəsi hədəfləri effektiv seçmək imkanlarını azaldır və mülki əhalinin tələfat riskini artırır.(BBC)
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər