CNN kanalı Buçada baş verən hadisələri təsdiq edən video əldə edib
CNN telekanalı Buçada Kiyev vilayətində dronla çəkilmiş eksklüziv videonu əldə edib. Kanal videonun 12 və 13 marta aid olduğunu təsdiqləyib. Bu barərədə BBC agentliyi məlumat yayıb.
Eyni cəsədlərin görüntüləri martın 18-dən peyk görüntülərində görünürdü. Buçada mülki şəxslərin cəsədlərinin videoları və fotoşəkilləri şəhərin Ukrayna qoşunlarının nəzarətinə keçdiyi ilk vaxtlarda mediada yer aldı.
CNN təhlükəsizlik baxımından videonu çəkən və yayan şəxslərin adlarını açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi CNN-in sorğusuna cavab verməyib.
Kreml və Rusiya Xarici İşlər Nazirliyi Buçada cəsədləri əks etdirən peyk görüntülərinin saxta olduğunu, rus ordusunun mülki şəxslərin öldürülməsində iştirak etmədiyini bəyan edib.
Aprelin 7-də Rusiya qoşunlarının Kiyev yaxınlığında yerləşən Buça şəhərini tərk etməsindən sonra ərazidə kütləvi məzarlıqlar aşkarlanıb.
Şəhərin meri Anatoli Fedoruk bildirib ki, "Ukraqrosnab” müəssisəsinin, "Promenistıy” uşaq düşərgəsinin ərazisində, Vokzalnaya və Yablunskaya küçələrində kütləvi məzarlıqlar tapılıb. Burada aldıqları çoxsaylı güllə yarası nəticəsində ölmüş əlləri bağlı vəziyyətdə olan dinc sakinlərin meyitləri aşkarlanıb. Ümumi ölü sayı 320 nəfər təşkil edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər