Peskov Avropada qazın dayandırılmasına aydınlıq gətirib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Qazprom”un Aİ ölkəsinə qaz tədarükünü dayandırmaq barədə bəyanatını şantaj adlandıran Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin sözlərinə cavab verib.
"Bu, şantaj deyil. Rusiya etibarlı təchizatçı olub və müqavilə öhdəliklərinə sadiq qalır. Prezidentin sərəncamında olan şərtlər, yeni metodologiyaya ehtiyac iqtisadiyyatda və maliyyə sektorunda bizə qarşı qeyri-dost addımlar atması ilə bağlı idi. Ehtiyatlarımızın xeyli hissəsi bizdən oğurlanıb.Bütün bunlar yeni ödəniş sistemini tələb edirdi. Heç bir şantaj yoxdur”, - Peskov bildirib.
"Qazprom” Polşa və Bolqarıstanı qazın tədarükünü tamamilə dayandırdığı barədə məlumat yayıb. Bu qərar Varşava və Sofiyanın Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə nəzərdə tutulan yanacağın rublla ödənilməsindən imtina etməsi ilə əlaqədar qəbul edilib.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen "Qazprom”un Avropa İttifaqında istehlakçılara qaz nəqlini dayandırmaq barədə bəyanatını əsassız və qəbuledilməz adlandırıb. Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, "Qazprom”un Rusiyadan Bolqarıstana qaz nəqlini dayandırması razılaşmanın kobud şəkildə pozulması və şantajdır.(gazeta ru)
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox