• $
  • £

Paşinyanın korteji hamilə qadını vuraraq öldürüb

Paşinyanın korteji hamilə qadını vuraraq öldürüb
28.04.2022 17:55
 İrəvanda Leo və Paronyan küçələrinin kəsişməsində baş nazir Nikol Paşinyanın kortejindəki müşayiət maşınlarından biri hamilə qadın, 29 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb. Bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan məlumat verib.

Taron Çaxoyanın sözlərinə görə, aprelin 26-da toqquşma zamanı baş nazirin maşını hadisə yerindən təxminən 100-150 metr aralıda olub.

"Toqquşma anı onun avtomobilindən görünmürdü. Baş nazirin maşını hadisədən bir neçə saniyə sonra hadisə yerindən keçib”, - o deyib.

Onun sözlərinə görə, qadını görən baş nazir təcili yardım çağırıb nə baş verdiyini öyrənməyi tapşırıb.

"Baş nazir Milli Məclisə gələn kimi yoldakı hadisə barədə məlumatlandırılıb, bundan sonra o, səhiyyə nazirinə və hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verib”, - deyir. 

O vurğulayıb ki, qadını vuran avtomobil dayansaydı, bütün karvan hərəkətini dayandıraraq əlavə tıxaclar yaradacaq və təcili yardımın hadisə yerinə çatmasına mane olacaqdı. Çaxoyan əlavə edib ki, dövlət başçılarının karvanını müşayiət edən nəqliyyat vasitələrinin qəza baş verdikdə belə, planlaşdırılmamış yerdə dayanmaq hüququ yoxdur.

Çaxoyan əlavə edib ki, Nikol Paşinyan mərhumun atası Sona Mnatsakanyana zəng edərək başsağlığı verib. O, obyektiv araşdırma aparılacağına əmin edib. İstintaq bildirib ki, qızı vuran avtomobilin sürücüsü kortecdəki zabit dəstəsinin komandiri olub. O, saxlanılıb.

Hadisə baş verən gün yerli sakinlər faciə yerinə gül və şam gətiriblər. Hökümət binalarının yaxınlığında aksiya keçirilib və bu aksiyada ən çox səsləndirilən şüar "ayıb olsun” olub.

Sona Mnatsakanyan "Support Our Heroes - Armenia”da işləyib. O, təşkilatın təsisçilərindən biri, Qarabağdakı "Wings IT Center”in proqram meneceri olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol