Müharibə zamanı Rusiyada baş verənlərin hadisələrin qısa icmalı
Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsi davam edir.
Aprelin 28-nə olan əsas hadisələrin qısa icmalı:
-Saratov vilayətində helikopter qəzaya uğrayıb.
-Xerson vilayətinin hakimiyyəti mayın 1-dən rubla keçid elan edib.
-Bayden Ukraynaya kömək məqsədilə Rusiya Federasiyası ilə əlaqəli aktivlərin müsadirə edilməsi ilə bağlı Konqresə təkliflər təqdim edəcək.
-"Bloomberg” yazır ki, Fransız-Amerika kosmetik konserni "Coty” Rusiyadakı fəaliyyətini məhdudlaşdırır.
-Saxalin vilayətinin keçmiş qubernatoru Xoroşavin 15 il müddətinə azadlıqdan məhrum edilib.
-Hollandiya Rusiya və Belarusun 633 milyon avro dəyərində aktivlərini dondurub.
-Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri LPR səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında Ukraynaya məxsus "Toçka-U” raketini vurub.
-SVR ABŞ və Polşanın Ukraynanın bir hissəsi üzərində Varşavaya nəzarəti bərqərar etmək planları haqqında məlumat verib.
-Qazprom Polşanın Rusiya qazını Almaniya vasitəsilə satın aldığını bildirib.
-FSB Simferopolda ticarət mərkəzində terror aktı hazırlayan keçmiş ukraynalı dəniz piyadasını saxlayıb.
-Bundestaq Ukraynaya ağır silahların verilməsini nəzərdə tutan sənəd qəbul edib.
-Omsk vilayətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uşaq düşərgəsini təbiitəbii yanğından xilas ediblər.
-VK Yandex-dən Yandex.Zen və Novosti almaq üçün müqavilə imzaladı.
-AK anti-Rusiya sanksiyalarına əməl etməyən Aİ ölkələrinə qarşı prosedura başlaya biləcək.
-Ukrayna Qələbə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı MDB sazişindən çıxmaq niyyətindədir.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası”, habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub və şimal istiqamətlərdən hücuma başlayıb.
Hücum bugünə kimi davam edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər