• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Kanada Rusiyanı Ukraynaya qarşı soyqırımda günahlandırır

Kanada Rusiyanı Ukraynaya qarşı soyqırımda günahlandırır
28.04.2022 23:15
Kanadanın İcmalar Palatası Rusiyanın Ukrayna xalqına qarşı törətdiklərini soyqırım kimi tanıyacaq. Bu barədə ölkə rəsmiləri qətnamə qəbul edib.

Qətnaməyə əsasən, Rusiya Ukraynadakı müharibə zamanı kütləvi vəhşiliklər törədib və Ukraynada mülki əhalini sistemli şəkildə qəsdən öldürüb. 

İcmalar Palatasının üzvü və sənədin müəllifi Hayzer Makferson hökuməti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Ukraynaya humanitar yardımı artırmağa çağırıb.

"Biz Beynəlxalq Cinayət Məhkəməsini maliyyələşdirməli və onun bu soyqırımın arxasında duranları araşdırmaq və məsuliyyətə cəlb etmək üçün lazım olan bütün alətlərə və resurslara malik olduğundan əmin olmaq üçün daha çox iş görməliyik", - o deyib.

Kanada Parlamentinin Aşağı Palatasının qərarı məsləhət xarakteri daşıyır.

Ali Rada daha əvvəl Rusiya ordusunun, Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.

"Rusiya Silahlı Qüvvələrinin törətdiyi hərəkətlər sadəcə təcavüz deyil, Ukrayna xalqının sistematik və ardıcıl məhv edilməsi, onun şəxsiyyətinin və öz müqəddəratını təyin edilməsi, müstəqil inkişaf hüququndan məhrum edilməsi məqsədi daşıyır. 2022-ci il fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün Ukrayna xalqının soyqırımı ilə başlaması dərhal tanınmalıdır - deyə, parlamentin qərarında bildirilib.

ABŞ Prezidenti Co Bayden aprelin ortalarında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı siyasətini soyqırım adlandırıb.

"Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin sadəcə olaraq ukraynalı olma fikrini belə yer üzündən silməyə çalışır. Rusların Ukraynada etdiyi sözün əsl mənasında dəhşətli şeylərə dair getdikcə daha çox sübut var ”, - Bayden bildirib.
 
Kanada aprelin əvvəllərində Ukraynaya humanitar yardım göstərmək üçün  100 milyon dollar göndərib. Bunu Kanadanın Baş naziri Castin Trüdo qaçqınlara kömək məqsədilə keçirilən "Ukrayna üçün ayağa qalx” xeyriyyə kampaniyasının nəticələri ilə bağlı konfransda bildirib.

"Biz daha 100 milyon dollar ayıracağıq. Beləliklə, ilin əvvəlindən Ukraynaya humanitar yardımın göstərilməsinə ümumi töhfəmiz 245 milyon dollar olacaq", - Trüdo deyib. Baş nazir əlavə edib ki, Kanada Ukraynaya daha 345 minə yaxın zəruri əşya göndərəcək.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Dünya 15:25
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Dünya 14:56
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol