Bakı İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanımasını gözləyir - Hacıyev
Bakı Cənubi Qafqaz üçün inteqrasiya modeli təklif edir. Bunu Azərbaycan Prezidentin köməkçisi və Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Azərbaycan Cənubi Qafqazın inteqrasiya modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də biz insanlar arasında daha çox əlaqələr və təmaslar yaratmalıyıq”, - Hacıyev cümə axşamı Şuşada (Azərbaycanın Qarabağ bölgəsi) "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” konfransında bildirib.
Onun sözlərinə görə, Bakı İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gözləyir və Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır.
"Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Ermənistan buna hazırdırmı? Biz hazırıq”, - deyə prezidentin köməkçisi bildirib.
O, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini də qeyd edib.
"Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”, - o deyib.
Hacıyev əlavə edib ki, Bakı erməni əsilli Qarabağ sakinlərini öz vətəndaşı hesab edir.
"Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmət edilir, bütün dini məbədlər qorunub saxlanılır, halbuki Ermənistanın işğalı illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”, - o bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox